09:25 - 22.05.2024
22 may, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti ötən sessiyanın nəticələrinə görə düşəndən sonra çərşənbə günü ticarətdə azalmaqda davam edir.
London İCE Futures birjasında Brent markalı neftin fyuçersləri saat 09:20-də $0,61 (0,74%) azalaraq bir barelə $82,27-a düşüb. 21 may ticarətinin nəticələrinə görə, Brent markalı neftin fyuçersləri $0,83 (0,99%), bir barelə $82,88-a qədər ucuzlaşdı.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin fyuçersləri saat 09:20-də $0,66 (0,84%) azalaraq bir barel üçün $78,00-a düşüb. 21 may ticarətinin nəticələrinə görə, WTI neftinin fyuçersləri $0,64 (0,81%), bir barel üçün $78,66-a düşdü.
18 Avqust 2026