Amazon Fransada logistika və AI-yə 1,2 milyard avro investisiya qoymağı planlaşdırır

14:32 - 13.05.2024


13 may, Fineko/abc.az. ABŞ-ın Amazon.com Inc. şirkəti süni intellekt sahəsində logistika infrastrukturuna və inkişafına 1,2 milyard avro sərmayə qoymağı planlaşdırır.

ABC.AZ xəbər verir ki, vəsait Paris bölgəsindəki Amazon Web Services bulud infrastrukturunun genişləndirilməsinə yönəldiləcək və bu da ölkənin generativ AI bazarına dəstək verəcəkdir. İnvestisiyalar, tədarükü daha sürətli və davamlı etmək üçün Auvergne Rhone Alp bölgəsindəki logistika infrastrukturun maliyyələşdirilməsinə də yönəldiləcəkdir.

Bu, 3 min iş yerinin yaradılmasına imkan verəcək.

Amazon-un səhm qiymətləri bazar ertəsi ilkin hərraclarda 0,2% artır. Son 3 ayda şirkətin bazar dəyəri təxminən 9% (1,95 trilyon dollara qədər) artdı, Nasdaq Composite fond indeksi bu dövrdə 2,2% əlavə edib.