“Sumqayıt Texnologiyalar Parkı”na əlavə investisiya qoyuldu

10:00 - 13.05.2024


13 may, Fineko/abc.az. “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin nizamnamə kapitalı bir qədər də artırılmaqla 400 mln. manatı keçib.

ABC.AZ xəbər verir ki, STP-nin nizamnamə kapitalında əlavə 10.829 mln. manat və ya 2.7% artım edilib.

Bununla da nizamnamə kapitalı 409.224 mln. manatı ötüb.

Xatırladaq ki, hazırda şirkətə STP 2012-ci ildə yaradılıb. Şirkət İqtisadiyyat Nazirliyinə məxsus “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin rezidentidir. Onun rəhbəri Hicran Valehov Qardaşxan oğludur.