Gəlir səviyyəsinə görə dünyanın ən böyük çip istehsalçıları - SİYAHI

14:50 - 10.05.2024


10 may, Fineko/abc.az. “Nvidia” şirkıtinin süni intellekt bumu fonunda gəliri iki dəfədən çox artıraraq 55,3 milyard dollara çatıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu şirkətə bəhs olunan sahədə birinci yeri tutmağa imkan verib. Bütün ötən il ərzində 10 ən böyük inteqral sxem tərtibatçısı ümumi gəlirlərini 12% artıraraq 167.6 milyard dollara çatdırıb.

Reytinq tərtibçiləri vurğulayırlar ki, “Nvidia”nın 105% gəlirinin 55.3 milyard dollara qədər artması müsbət dinamikanı təmin edib.

“Qualcomm” gəlirlərinin 16% azalması (30.9 milyard dollar) səbəbindən ikinci yerə enib. “Mediatek” beşinci yeri tutub və gəlirini 25% azaldaraq 13.9 milyard dollara çatdırıb.

“Qualcomm”un keçən il gəlirinin 16% azalması zəif smartfon tələbi ilə bağlı olub, lakin şirkət indi 2030-cu ilə qədər əsas gəlirini ikiqat artırmaq üçün avtomobil seqmentinə mərc edir.

Gəlir səviyyəsinə görə dünyanın ən böyük çip istehsalçıları: