10:43 - 10.05.2024
10 may, Fineko/abc.az. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov erməni həmkarı Ararat Mirzoyanla danışıqlar aparmaq üçün Qazaxıstana işgüzar səfərə gedib.
ABC.AZ xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.
"Alma-Ataya səfər çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin " İki ölkə arasında sülhün və dövlətlərarası münasibətlərin bərqərar edilməsi haqqında ikitərəfli saziş" layihəsi üzrə növbəti danışıqlar raundu keçirilməsi planlaşdırılır", - məlumatda belə deyilir.
Bundan başqa, Bayramovun Qazaxıstan xarici işlər naziri Murat Nurtleu ilə görüşü planlaşdırılır.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026