18:51 - 8.05.2024
8 may, Fineko/abc.az. Böyük Britaniya Rusiyanı bu növ nüvə yanacağı xammalının yeganə istehsalçısı mövqeyindən sıxışdırmaq üçün Avropanın ilk yüksək zənginləşdirilmiş uran (HALEU) zavodunu tikəcək.
ABC.AZ xəbər verir ki, bu barədə Enerji Təhlükəsizliyi və İqlim Neytrallığı Nazirliyi məlumat verib.
Daha əvvəl Britaniya hakimiyyəti yeni nəsil nüvə reaktorları üçün HALEU əsaslı yanacaq istehsalına 300 milyon funt sterlinqdən çox sərmayə qoymağı planlaşdırmışdı.
Söhbət uranın zənginləşdirilməsi üzrə yeni müəssisədən gedir, onun tikintisi üçün hökumət Urenco Avropa konsorsiumuna 196 milyon funt sterlinq ayıracaq. Bu maliyyələşdirmə daha əvvəl elan edilmiş 300 milyon funt sterlinqlik paketin bir hissəsidir. Urenco özü də obyektin tikintisinə sərmayə qoyacaq.