12:37 - 8.05.2024
8 may, Fineko/abc.az. Süni intellektin həddindən artıq istifadəsi zumerlərə zərər verməyə başlayıb.
ABC.AZ xəbər verir ki, bu barədə ABŞ-ın CNBC telekanalı yerli əmək bazarı ekspertlərinə istinadən məlumat verib. Onların fikricə, 1996-2012-ci illər arasında anadan olan insanlar ChatGPT kimi alətlərdən çox asılı olmuşlar və elmi araşdırmalardan tətil planlaşdırmasına qədər hər şey üçün istifadə edirlər. Ancaq əsas problem bundan ibarətdir ki, zumerlər Aİ-siz müşaiyət edici məktublar, tərcümeyi-hal tərtib edə və hətta işə qəbul olduqları zaman bu barədə məktuba cavab yaza bilmirlər və buna görə də işəgötürənlərlə problem yaranır.