10:17 - 8.05.2024
8 may, Fineko/abc.az. “Toyota Motor” şirkətinin 2023-cü maliyyə ilində (aprel 2023-mart 2024) əməliyyat mənfəəti 5,35 trilyon yen (34,4 milyard dollar) təşkil edib.
ABC.AZ xəbər verir ki, göstərici Toyota şirkətlər qrupuna daxil olan Daihatsu və Hino istehsalçılarının nəticələrini də nəzərə alır. Bir il ərzində, əsasən yenin dollara nisbətən aşağı məzənnəsi sayəsində, 96,4% artıb. Sözügedən dövr ərzində konsernin xalis mənfəəti 4,9 trilyon yen (31,5 milyard dollar) təşkil edib ki, bu da onun tarixində mütləq rekord olub.
Qeyd olunur ki, “Toyota Motor” Yaponiya tarixində il ərzində əməliyyat mənfəəti 5 trilyon yen həddini aşan ilk şirkət olub.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026