Bloomberg: ABŞ İrandan Sinqapur və Malayziya vasitəsilə ÇXR-ə neft ixracını dayandırmaq istəyir

18:20 - 7.05.2024


7 may, Fineko/abc.az. ABŞ Maliyyə Nazirliyinin nümayəndələri bu həftə Sinqapur və Malayziyanın maliyyə qurumları və neft şirkətlərinin rəhbərliyi ilə İrandan neft ixracını təşviq etməmələri üçün danışıqlar aparacaqlar.  

ABC.AZ xəbər verir ki, Bloomberg-in məlumatına görə, İrandan neft Çin gömrüklərinin rəsmi məlumatlarında 2022-ci ilin ortalarından etibarən görünmür. İran nefti digər ölkələrin, o cümlədən Malayziyanın məhsulları adı altında ÇXR-ə daxil olur. Malayziyanın ərazi sularında xammal bir tankerdən digərinə yüklənir və bu da ABŞ-ın İran neft sektoruna qarşı sanksiyalarının sərtləşdirilməsi prosesini çətinləşdirir. 
Onun hesablamalarına görə, İrandan neft ticarəti üçün Sinqapur və Malayziyadakı şirkətlərə qarşı əvvəllər tətbiq olunan məhdudiyyətlərə baxmayaraq, enerji satışlarının azalması tendensiyası görünmür.