BƏƏ-də yeni qaz ehtiyatları aşkarlanıb 

17:43 - 6.05.2024


6 may, Fineko/abc.az. BƏƏ-nin şimalında yerləşən Şarja əmirliyinin səlahiyyətliləri əl-Hadiba yatağı daxilində yeni qaz ehtiyatlarının aşkarlandığını bildirdilər.

ABC.AZ xəbər verir ki, yerli məmurlar aşkar edilmiş mavi yanacaq ehtiyatlarını göstərici səviyyələrini göstərmədən iri adlandırırlar. Yalnız bildirilir ki, ehtiyatlar Şarja Milli Neft Korporasiyası (SNOC) tərəfindən quyunun qazılması nəticəsində aşkarlanıb. Quyunun sınaqları yaxın günlərdə keçiriləcək. 
Şarja ərazisində beş böyük karbohidrogen yatağı var, onlardan biri artıq qaz anbarına çevrilib.