17:41 - 6.05.2024
6 may, Fineko/abc.az. AB-nin qida və yem keyfiyyətinə dair sürətli bildiriş sistemi (RASFF) aprel ayında Türkiyədən 50 növ qidanı sağlamlıq üçün təhlükəli olaraq təyin edib.
ABC.AZ xəbər verir ki, bundan əlavə, sınaqdan keçirilmiş 50 məhsuldan 19-u ilə bağlı xəbərdarlıq edilib və 31 məhsulun sərhəddə idxalı tamamilə qadağan edilib.
Məhdudiyyətlər meyvə, tərəvəz və quru meyvələrə təsir edib. Qurudulmuş əncir 14 xəbərdarlıq ilə qeyd olunan qidalar siyahısında birincidir, ardınca təzə limon, təzə bibər, qreypfrut və küncüt toxumu, püstə, istiot, və s. gəlir.