AB və Rusiya sərhədlərində minlərlə yük maşını yığılıb qalıb

17:19 - 6.05.2024


6 may, Fineko/abc.az. Minlərlə yük maşını Avropa Birliyi və Rusiya sərhədlərində lazımi qeydiyyat prosedurlarından keçməyi gözləyir. Ağır yüklər üç həftəyə yaxındır ki, sırada gözləyir.

ABC.AZ xəbər verir ki, mayın 1-də Latviya tərəfdən təxminən 2 000 yük maşını növbədə idi və gün ərzində sərhədi 100-ə yaxın avtomobil keçə bilər. Belə göstəricilərlə gözləmə müddəti üç həftəyə qədər artır.

Litva ilə Belarus arasına və Litva ilə Rusiya (Kalininqrad) arasındakı sərhəd stansiyaları da çox yüklənmişdir. Tıxacın əsas səbəbinin sərhəd keçid məntəqələrinin sayının azalması olduğu göstərilir: Finlandiyadakı bütün nəzarət buraxılış məntəqələri, Rusiya Federasiyası ilə Latviya sərhədində iki nəzarət buraxılış məntəqəsi, Belarus ilə sərhəddə Litvada iki nəzarət buraxılış məntəqələri tamamilə bağlıdır, Rusiya İvanqorod şəhərindəki nəzarət buraxılış məntəqəsinin avtomobil hissəsini təmirə bağlayıb.