"Carlsberg Azerbaijan" MMC-yə cərimə protokolu yazılıb

17:19 - 6.05.2024


6 may, Fineko/abc.az. "Carlsberg Azerbaijan" MMC-yə siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xəta protokolu tərtib olunub.

ABC.AZ xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin198.3-cü (Əməyin mühafizəsi qaydalarının pozulması) maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə görə bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda 1500-2000 məbləğdə cərimə edilir.

İş Abşeron Rayon  Məhkəməsində hakim Vaqif Həsənovun icraatındadır.