16:54 - 6.05.2024
6 may, Fineko/abc.az. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) “digital.azerbaijan” brendi altında rəqəmsal xidmətlərə vahid giriş sistemi – “digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyasını istifadəyə verib.
ABC.AZ xəbər verir ki, bu barədə İRİA-dan bildirilib.
Məlumata görə, bu versiyada “digital.login” vətəndaşların rahat istifadəsi üçün iki əsas funksionallığı təqdim edir. Vətəndaşlar ilk növbədə sistemə inteqrasiya edilmiş 140-dan çox rəqəmsal xidmətdən vahid giriş vasitəsilə istifadə imkanı əldə edirlər. Digər mühüm funksionallıq isə vətəndaşın özü haqqında olan məlumatların qurumlar tərəfindən istifadəsinə razılıq vermə səlahiyyətini idarə edə bilməsidir. Vətəndaşlar “myGov” portalında artıq bu funksiyadan istifadə edə bilirlər.
12 Avqust 2026
13 Avqust 2026
12 Avqust 2026