11:28 - 6.05.2024
6 may, Fineko/abc.az. Qarabağ Universitetinin fəaliyyətə başlaması üçün işçi qrupları yaradılıb.
ABC.AZ xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.
“İşçi qrupları müvafiq istiqamətlərdə fəaliyyət göstərirlər. Bununla bağlı hər hansı yenilik olduğu təqdirdə ictimaiyyətə açıqlanacaq” – Agentlik bildirib.
Qeyd edək ki, Qarabağ Universitetinə rektor təyinatı olmayıb.
31 İyul 2026
30 İyul 2026
28 İyul 2026
29 İyul 2026
29 İyul 2026