10:44 - 6.05.2024
6 may, Fineko/abc.az. Cənubi Koreyanın “Samsung” kompaniyası İsraildən gedir.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, şirkət İsraildəki 70 startap layihəsini dayandırmaq və bazardan çəkilmək qərarına gəlib.
Cənubi Koreya kompaniyasının qlobal sərmayələrini bir araya gətirən “Samsung Next” bu qərarı İsrailin Qəzza sektoruna hücumları və yəhudi dövlətindəki mənfəətinin azalması ilə izah edib.
Belə ki, “Samsung” kompaniyasının gəlirləri ötən illə müqayisədə 56 faiz azalıb.
İsrail bazarından çəkilən təkcə “Samsung” deyil. Eyni səbəbdən bir sıra iri şirkətlər yəhudi dövlətində fəaliyyəti məhdudlaşdırır və ya bazarı tamamilə tərk edir.
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026