14:59 - 3.05.2024
3 may, Fineko/abc.az. Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin könüllülərinin ilk Beynəlxalq Forumu mayın 4-5-də Daşkənddə keçiriləcək.
ABC.AZ xəbər verir ki, tədbirin proqramı sağlamlıq imkanları məhdud uşaqlara dəstək məqsədilə dəyirmi masalar, master-klasslar, seminarlar, motivasiya görüşləri və video reportajlar, həmçinin 500-dən çox uşaq işinin nümayiş etdiriləcəyi xeyriyyə yarmarkasının keçirilməsini nəzərdə tutur.
"Tədbirdə Birlik ölkələrindən 100-dən çox könüllü təşkilat nümayəndəsi iştirak edəcək", - məlumatda deyilir.
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026
8 Avqust 2026