10:56 - 3.05.2024
3 may, Fineko/abc.az. Avropa Komissiyasının qonşuluq və danışıqlar məsələləri üzrə Baş direktoru Gert Yan Kupman Azərbaycana gəlib.
ABC.AZ xəbər verir ki, bu barədə Kupman X sosial şəbəkəsində yazıb.
"COP29, minalardan təmizləmə və digər sahələr üzrə Aİ-Azərbaycan əməkdaşlığını müzakirə etmək üçün Azərbaycana gəlmişəm. Səfər Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev və xarici işlər nazirinin müavini Fuad Rzayev ilə məhsuldar görüşlə başlayıb. Bu, Cənubi Qafqazda Yaşıl Enerji, regional əlaqələr və sülh sahəsində müsbət gündəm qurmaq üçün mühüm fürsətdir", - deyə o qeyd edib.
8 Avqust 2026
8 Avqust 2026