Manta Ray sualtı dronunun fotoları təqdim olunub

21:43 - 2.05.2024


2 may, Fineko/abc.az. ABŞ Müdafiə qabaqcıl tədqiqat layihələri agentliyi (DARPA) Manta Ray sualtı dronunun yeni fotolarını yayımlayıb. 

ABC.AZ xəbər verir ki, çəkiliş 2024-cü ilin fevral və mart aylarında Cənubi Kaliforniya sahillərində sualtı sınaqlar zamanı edilib.

Manta Ray uzunmüddətli pilotsuz missiyalar üçün nəzərdə tutulub. Dronu praktik olaraq məhdudiyyətsiz məsafələr və muxtariyyət ilə təmin edən "enerji qənaət edən texnologiyalar" sayəsində istifadə etmək mümkün olacaq.
Suda sınaqların başa çatması tam hüquqlu pilotsuz aparatın yaradılması yolunda mühüm addım olacaq.