16:05 - 2.05.2024
2 may, Fineko/abc.az. Qırğızıstan Azərbaycanla hərbi-texniki əməkdaşlıqda maraqlıdır, deyə Sadır Japarov bildirib.
ABC.AZ xəbər verir ki, Qırğızıstan lideri hesab edir ki, bu əməkdaşlıq sahəsində müqavilə-hüquqi bazanın təkmilləşdirilməsi lazımdır.
O, həmçinin əlavə edib ki, tərəflər ənənəvi olaraq Azərbaycanın ixtisaslaşmış təhsil müəssisələri əsasında hərbi kadrların hazırlanması sahəsində əməkdaşlıq edirlər.