Google, Apple'a 20 milyard dollar ödədyib — Səbəb

12:04 - 2.05.2024


2 may, Fineko/abc.az. Google-un iOS və macOS-da Safari-də standart axtarış sistemi olaraq qalmaq üçün Apple-a 20 milyard dollar ödədiyini məlum olub.

ABC.AZ xəbər verir ki, bu barədə Google-a qarşı antiinhisar prosesi zamanı məlum olub və ABŞ Ədliyyə Nazirliyi müvafiq sənədlər dərc edib. Məhz Apple ilə müqavilə iddianın əsas səbəblərindən biri olub.