Ermənistanda ərazilərin Azərbaycana təhvil verilməsinə qarşı çıxış edən 31 etirazçı saxlanılıb

11:31 - 2.05.2024


2 may, Fineko/abc.az. Ermənistan polisi Tavuş (əslində isə — Tovuz) vilayətində Güney sərhəd kəndi (ermənilər Kirants adlandırır) yaxınlığında ərazilərin Azərbaycana təhvil verilməsinə etiraz edən 31 nəfəri saxlayıb.

ABC.AZ xəbər verir ki, məlumata görə, bütün saxlanılanlar hüquq-mühafizə orqanlarının qanuni tələblərinə əməl edilməməsini nəzərdə tutan ER Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə ittiham olunublar. Onlar rayon Polis Şöbəsinə aparılıb.

Polis Güneydə xüsusi əməliyyat keçiriləcəyini elan edib, orada yolu bağlayıb, o cümlədən jurnalistlərin girişinə qadağa qoyub. Bildirilir ki, yollar, minalardan təmizləmə işləri səbəbindən bağlanıb.