Valyuta bazarında sabitlikdir - Taleh Kazımov

14:56 - 1.05.2024


1 may, Fineko/abc.az. Valyuta bazarında sabitlikdir. 

ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov ənənəvi mətbuat konfransında bildirib.

O bildirib ki, valyuta bazarında hansısa kəskin artım bitib, bu proseslər Novruz bayramından öncə yekunlaşıb. Onun sözlərinə görə, ümumilikdə də bu proseslər keçən illə müqayisədə normaya keçib.

"Keçən illə müqayisədə büdcə xərclərimiz 28% artıb. Büdcə xərclərinin 45%-dən bir az çox hissəsi əsas xərclərdir. Həm büdcə xərclərinin, avans ödənişlərinin, həm də investisiyaların artması xarici valyutaya tələb yaradıb. Bu sadaladığım amillərdən başqa valyutaya tələbin artmasına subyektiv yanaşmada təsir göstərib. Hüquqi şəxslərin avans ödənişləri də artıb. Həmçinin də iqtisadiyyatda investisiya artımını müşahidə etdik. Daxili mənbələr hesabına investisiyalar 12% artıb. Subyektiv məsələlərə görə yanvarın ortasından fevralın ortasına qədər valyuta bazarında artım müşahidə etdik. Amma hal-hazırda valyuta bazarında situasiya sabitdir." - deyə Baş Bankir qeyd edib.