12:39 - 1.05.2024
1 may, Fineko/abc.az. Qazaxıstan Prezidenti Tokayev Azərbaycan və Ermənistanın Almatıda danışıqlar aparmağa hazır olduğunu alqışlayıb.
"Güman edirəm ki, qarşıdakı görüş Azərbaycan-Ermənistan razılaşmalarının praktiki həyata keçirilməsinə xidmət edəcək, Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün tezliklə bərqərar olmasına kömək edəcək", - deyə Qazaxıstan prezidenti qeyd edib.
ABC.AZ xəbər verir ki, ötən həftə Azərbaycan Prezidenti İlham Əliyev iki ölkənin xarici işlər nazirlərinin Almatıda yaxın danışıqlarını elan etmişdi.
Qazaxıstan prezidenti son həftələrdə hər iki ölkəyə dövlət səfərləri etmiş və bu səfərlərdə Azərbaycan və Ermənistanı sülh sazişi üzrə tezliklə danışıqlara çağırmışdı.
10 Avqust 2026
10 Avqust 2026