17:33 - 30.04.2024
30 aprel, Fineko/abc.az. Çində Huawei mənfəəti 564% artıb. Satışda o, demək olar ki, Apple-ı qabaqlayıb.
ABC.AZ xəbər verir ki, Huawei smartfon satışları 69,7% artıb. 2024-cü ilin birinci rübündə şirkət Çində smartfon bazarının 15,5%-nə sahibdir. Bu, Apple-ın payından 0,2% azdır.
Huawei satışlarının artması iPhone satışlarının azalması ilə üst-üstə düşüb. Analitiklər hesab edirlər ki, Huawei Apple-ı Çində Premium seqmentdən sıxışdırmağa davam edəcək.
12 Avqust 2026