17:02 - 30.04.2024
30 aprel, Fineko/abc.az. Cari ilin mart ayında Azərbaycanın qeyri-neft ixracı 218,7 milyon ABŞ dolları olub.
ABC.AZ xəbər verir ki, bu, “İxrac icmalı”nın aprel sayında qeyd olunub.
Yeyinti məhsulları üzrə ixrac 11,5% artımla 58,2 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə ixrac isə 160,5 milyon ABŞ dolları təşkil edib.
2024-cü ilin mart ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (71,1 milyon ABŞ dolları) birinciliyə yüksəlib.
Bu siyahıda Türkiyə (53 milyon ABŞ dolları) ikinci və Gürcüstan (16,9 milyon ABŞ dolları) üçüncü olub.
2024-cü ilin mart ayında ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (22,9 milyon ABŞ dolları) birinci, pomidor (tomat) (15 milyon ABŞ dolları) ikinci və ilkin formalı polipropilen (12 milyon ABŞ dolları) üçüncü olub.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026