16:52 - 30.04.2024
30 aprel, Fineko/abc.az. 2024-cü ilin yanvar-mart ayları ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (56,5 milyon ABŞ dolları) birinci olub.
ABC.AZ xəbər verir ki, sözügedən siyahı “İxrac icmalı”nın aprel sayında öz əksini tapıb.
Bu siyahıda pomidor (tomat) (45 milyon ABŞ dolları) ikinci, elektrik enerjisi (40,6 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2024-cü ilin yanvar-mart ayları ərzində Rusiya Federasiyasına 225,5 milyon ABŞ dolları, Türkiyəyə 150,3 milyon ABŞ dolları, Gürcüstana 59,9 milyon ABŞ dolları, Ukraynaya 24,2 milyon ABŞ dolları, Qırğızıstana isə 20,8 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
Müəllif: Elmir Murad
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026