16:38 - 30.04.2024
30 aprel, Fineko/abc.az. 2024-cü ilin I rübü ərzində Azərbaycanın ümumi ixracı 6 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 673,7 milyon ABŞ dolları təşkil edib.
ABC.AZ xəbər verir ki, bu barədə “İxrac icmalı”nın aprel sayında qeyd edilib.
Bildirilib ki, 2024-cü ilin yanvar-mart ayları ərzində yeyinti məhsulları üzrə ixrac 195,3 milyon ABŞ dollarına bərabər olub.
2024-cü ilin üç ayı ərzində pambıq ixracı 47%, meyvə-tərəvəz ixracı 15,3%, bitki və heyvan mənşəli piylər və yağların ixracı 7,2%, üzvi kimyəvi birləşmələrin ixracı isə 2.1% artıb.
2024-cü ilin ilk rübü ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 17,8% artaraq 210,7 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft/qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər 7,8% artaraq 58,8 milyon ABŞ dolları olub.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026