Beş ildən sonra Əfqanıstan İran üzərindən Türkiyəyə mal ixracını bərpa etdi

16:24 - 30.04.2024


30 aprel, Fineko/abc.az. Əfqanıstan beş illik fasilədən sonra Əfqanıstanın qərbindəki Herat şəhərini İranla birləşdirən Herat — Haf dəmir yolu ilə Türkiyəyə mal ixracını bərpa edib.

ABC.AZ xəbər verir ki, məlumata görə, "bir ay ərzində bir qatar hər gün Əfqanıstandan İrana gedəcək və geri dönəcək".

"Bir aydan sonra tacirlərin mal həcminin artması səbəbindən hər gün iki qatar işləyəcək və gələcəkdə sərnişin xidmətinin qurulması planlaşdırılır", — deyə Herat əyalətinin dəmir yolu idarəsinin rəhbəri Məhəmməd Nəsim Məhəmməd bildirib.