Kakaonun qiyməti son iki gündə bu qədər ucuzlaşıb

16:14 - 30.04.2024


30 aprel, Fineko/abc.az. Kakao paxlasının fyuçers qiymətləri ilin əvvəlindən bu yana rekord rallidən sonra ticarətin son iki günü ərzində dörddə bir qədər azalıb.

ABC.AZ xəbər verir ki, Nyu-Yorkda kakao paxlası fyuçersləri bazar ertəsi 16% ucuzlaşdıqdan sonra çərşənbə axşamı ticarət zamanı daha 13% düşüb.

Hazırda məhsul bir ton üçün 7.756 min dollara satılır. Xatırladaq ki, martın sonunda kotirovkalar bir ton üçün 10 min dolları keçib.

Analitiklərin fikrincə, Qərbi Afrika məhsulu ilə bağlı bazar narahatlıqları bölgədə yağan yağışlardan sonra bir qədər azalıb. Qana, Kot-d’İvuar, Kamerun və Nigeriya qlobal kakao istehsalının təxminən 75%-ni təşkil edir.

Bundan əlavə, ABŞ Əmtəə Fyuçers Ticarət Komissiyasının (CFTC) məlumatına görə, investorlar aprelin 23-də bitən həftədə kakao üzrə uzun mövqelərin həcmini 3,3 min azalaraq 30.4 minə endiriblər. Bu, 14 ay üçün minimum həcmdir.