Qaydaları pozan “Al Market” MMC 8 min manat cərimələnib

15:13 - 30.04.2024


30 aprel, Fineko/abc.az. “Al Market” MMC-yə ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib olunub. 

ABC.AZ xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə irəli sürülüb. 

İnzibati Xətalar Məcəlləsinin  271-ci maddəsinə görə sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə fiziki şəxslər 500 manatdan 800 manatadək məbləğdə, vəzifəli şəxslər 2 000 manatdan 3 000 manatadək məbləğdə, hüquqi şəxslər 6 500  manatdan 8 000 manatadək məbləğdə cərimə edilir.

İş Qaradağ Rayon Məhkəməsində hakim Teymur Qurbanovun icraatındadır.