Bakıda ən ucuz obyektlər hansı rayonlardadır?

16:23 - 29.04.2024


29 aprel, Fineko/abc.az. Bakının ayrı-ayrı rayonları üzrə kommersiya obyektlərinin qiymətləri fərqlidir. 

ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan Beynəlxalq Bankı – ABB-nin «Bakı şəhəri üzrə daşımaz əmlak bazarının təhlili» üzrə hesabatındi bildirilir.

Hesabata əsasən, qeyri-yaşayış və kommersiya obyektləri üzrə qiymətin ən yüksək olduğu rayon Səbail rayonudur. Səbail rayonunda 2021-ci ildə 1 m(2) üçün təqribi 5 100 manat tələb olunurdusa, 2023-cü ildə bu rəqəm təqribi 6 500 manata qədər yüksəlib.

Obyektlərin qiymətinə görə, sonrakı yerləri Nəsimi, Yasamal və Nərimanov rayonlar tutur. Burada 2023-cü ilin sonuna 1 kvadratmetrin orta qiyməti 3800-4200 manat arasında dəyişir.