15:12 - 29.04.2024
29 aprel, Fineko/abc.az. Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti ciddi qanun pozuntularına yol verən yanğından mühafizə fəaliyyəti üzrə çalışan bəzi müəssisələrin lisenziyalarını ləğv edib.
FHN-in Mətbuat Xidmətindən ABC.AZ-a məlumat verilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış planlı yoxlamalar zamanı “Yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri”, eləcə də “Yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası” fəaliyyət növləri üzrə lisenziyaya malik “Con-Sol Group” və “Yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri” fəaliyyət növü üzrə lisenziyaya malik “Prokon” Məhdud Məsuliyyətli cəmiyyətlərinin qeyd olunan fəaliyyət növləri üzrə lisenziyaların şərtlərinə əməl etmədiyi aşkar olunub.
12 Avqust 2026
13 Avqust 2026
12 Avqust 2026