12:02 - 26.04.2024
26 aprel, Fineko/abc.az. 18 aprel 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “GL” ASC-nin (Sizin Lombard brendi) ümumi dəyəri 500 min manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
ABC.AZ BFB-yə istinadla xəbər verir ki, 29 aprel 2024-cü il tarixində Bakı Fond Birjasında “GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə həyata keçiriləcək.
Faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazların sayı 500 ədəd, hər birinin nominal dəyəri 1000 manat, illik faiz dərəcəsi 12%, ödəmə periodu hər ayda bir dəfə, tədavül müddəti 5 ildir.
Yerləşdirmə üzrə anderrayter “INVEST-AZ İnvestisiya Şirkəti” QSC-dir.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.