“Azərkosmos” Ankarada Beynəlxalq Kosmik Texnologiyaları Konfransında iştirak edib

14:33 - 25.04.2024


25 aprel, Fineko/abc.az. Ankarada üç günlük Beynəlxalq Kosmik Texnologiyaları Konfransına (STC) start verilib.

ABC.AZ xəbər verir ki, Türkiyə Kosmik Agentliyinin (TUA) təşkilati dəstəyi ilə keçirilən tədbirdə Azərbaycanı Azərbaycan Kosmik Agentliyinin (“Azərkosmos”) nümayəndə heyəti təmsil edir.

Mərkəzi Asiya regionunda kosmik ekosistemlərinin inkişafı mövzusundakı panel iclasda “Azərkosmos”un idarə heyətinin sədri Saməddin Əsədov çıxış edib. O, tədbir iştirakçılarının diqqətini Azərbaycanın kosmik sahəsinin yaxın illərdəki strateji prioritetlərinə, beynəlxalq əməkdaşlıq planlarına, iqlim dəyişməsinin mənfi nəticələrinin aradan qaldırılması üzrə səylərə cəlb edib.

Tədbirdə çoxsaylı panel müzakirələr və dəyirmi masalar, kosmik sənayesi obyektlərinin ziyarəti planlaşdırılıb.