Prezidentlər Füzüliyə səfər edib - Şəhərin baş planı ilə tanış olublar

12:16 - 25.04.2024


25 aprel, Fineko/abc.az. Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinə səfər edib.

ABC.AZ-in məlumatına görə, aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və Füzuli şəhərinin Baş planı ilə tanış olublar.