11:03 - 25.04.2024
25 aprel, Fineko/abc.az. “Best Brands Group MA” MMC nizamnamə kapitalını azaldır.
ABC.AZ-ın məlumatına görə, “Best Brands Group MA” MMC təsisçilərin ümumi yığıncağının qərarına əsasən, cəmiyyətin nizamnamə kapitalı azaldılaraq 120 080 manat həcmində müəyyən edilir.
Şirkətin nizamnamə kapitalı 3 920 080 manat təşkil edirdi ki, bu da 3 800 000 manat azalmadır.
“Best Brands Group MA” MMC 2016-cı ildə təsis olunmuşdur. BBG MA Türkiyənin dünyaca məşhur geyim markaları olan LC Waikiki və Penti kimi tanınan markaların Azərbaycanda rəsmi nümayəndəsidir.
2020-ci il üzrə Azərbaycan ərazisində LC Waikiki brendinin 22 mağazası, Penti brendinin 14 mağazası mövcuddur.