“Pano” ASC ötən 2 ildir zərər edir - Hesabat

10:51 - 25.04.2024


25 aprel, Fineko/abc.az. Azərbaycanda qapı, pəncərə və digər profillər hazırlayan “Pano” ASC 2023-cü ili 390 min manat zərərlə başa vurub.

ABC.AZ xəbər verir verir ki, 2022-ci ildə ASC-nin zərəri 582 min manat olub ki, bu da illik müqayisədə zərərin 33% azalması deməkdir. Bu barədə məlumat şirkətin maliyyə hesabatında öz əksini tapıb.

Ötən il “Pano” ASC-nin ümumi gəlirləri 267 min manat, cəmi xərcləri 657 min manat təşkil edib. Hesabat dövründə “Pano” ASC-nin cəmi aktivləri 6 milyon 848 min manatdan 7 milyon 153 min manata çatıb.