“Bakı Dəmir Beton – 4” ASC-nin xalis mənfəəti 25 faiz azalıb

10:03 - 25.04.2024


25 aprel, Fineko/abc.az. “Bakı Dəmir Beton – 4” ASC 2023-cü ili 347 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ili 462 min manat xalis mənfəət ilə bağlayıb ki, bu da illik müqayisədə 25% azalma deməkdir.

ABC.AZ şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, 2022-ci ildə “Bakı Dəmir Beton – 4″ün əsas əməliyyat gəlirləri 917 min manat ikən, 2023-cü ildə 18% azalaraq 756 min manata düşüb.

31 dekabr 2023-cü il tarixində “Bakı Dəmir Beton – 4” ASC  2 milyon 255 min manat cəmi aktivlərə malik olub. 2022-ci ilin sonunda şirkət 2 milyon 165 min manat cəmi aktivlərə malik idi.

Hesabat dövründə şirkətin cəmi öhdəlikləri 710 min manat, cəmi kapitalı isə 1 milyon 545 min manat təşkil edib.