14:10 - 24.04.2024
24 aprel, Fineko/abc.az. Başqırdıstan iqtisadi baxımdan inkişafına və investisiya imkanına görə Rusiyanın subyektləri arasında 4-cü yeri tutur.
ABC.AZ xəbər verir ki, bu sözləri Bakıda keçirilən Azərbaycan-Başqırdıstan biznes forumunda çıxışında Başqırdıstan Respublikasının Baş nazirinin müavini, kənd təsərrüfatı naziri İlşat Fazraxmanov deyib.
O bildirib ki, Başqırdıstan kənd təsərrüfatı məhsullarının böyük istehsalı potensialına malikdir: “Başqırdıstanda ildə 400 min tondan çox süd və süd məhsulları, 450 min ton ət və ət məhsulları, 1 milyon tona yaxın günəbaxan yağı, 12 min ton bal istehsal olunur”.
Nazir bildirib ki, Başqırdıstan özü istehsal etmədiyi məhsulları Azərbaycandan almaq və Azərbaycanın ehtiyacı olan məhsulları ixrac etmək istəyir. (Azərtac)