“Tesla”nın qazancı 55% düşdü

11:26 - 24.04.2024


24 aprel, Fineko/abc.az. Teslanın mənfəəti 2024-cü ilin birinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 55% azalaraq $1,13 milyard dollara düşüb.

ABC.AZ xəbər verir ki, şirkətin gəliri 21,3 milyard dollar təşkil edib ki, bu da 2023-cü ilin birinci rübü ilə müqayisədə 9% azdır.

İstehsalçının hesabatında həmçinin bildirilir ki, şirkət birinci rübdə 386,8 min avtomobil tədarük edib. Bu, 2023-cü ilin son rübü ilə müqayisədə 20% azdır.

Şirkət satışların azalmasını Qırmızı dəniz münaqişəsi, “Tesla”nın Berlindəki zavodunda baş vermiş yanğın və elektrikli avtomobil bazarında rəqabətin artması, habelə hibridlərin "təzyiqi" ilə izah edib.