“Adidas” və “Nike” arasında çəkişmə

10:16 - 24.04.2024


24 aprel, Fineko/abc.az. Almaniyada idman malları istehsalçıları “Adidas” və “Nike” arasında yaranmış mübahisə ilə bağlı apellyasiya prosesi başlayıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, sözügedən məlumat barədə yazı “Die Zeit” qəzetində dərc edilib.

Məlumata görə, mübahisəyə səbəb üç paralel zolaq – “Adidas” şirkətinin tanınmış ticarət markası idi. 2022-ci ildə istehsalçı Amerika markasının məhsullarında oxşar zolaqlar aşkar edib.

“Adidas” “Nike”ı iki və ya üç zolaqlı bir neçə idman şalvarının dizaynına bənzədiyini düşündüyü üçün istehsalçını müəllif hüquqlarını pozmaqda təqsirləndirərək məhkəməyə verib.

2022-ci ilin sentyabrında Düsseldorf Federal Məhkəməsi “Nike”ın Almaniyada beş şalvar modelini satmasını qadağan edən qərar çıxarıb.