“Google”un yeni smartfonu Mərakeşdə satışa çıxarılıb

10:05 - 24.04.2024


24 aprel, Fineko/abc.az. “Google”un hələ təqdim edilməmiş “Pixel 8a” subflaqman smartfonu Mərakeş mağazalarında satışa çıxarılıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, smartfonun tam təqdimatı yalnız mayın 14-də keçiriləcək “Google I/O 2024” konfransında baş tutacaq.

Bununla belə, “Pixel 8a” artıq Kasablankada satılır. Onun “8/128 GB” versiyasının qiyməti 4750 Mərakeş dirhəmidir (təxminən 797 manat). Cihazın mavi və yaşıl rəng seçimləri mövcuddur.

Qutuda “Pixel 8a” smartfonundan əlavə enerji toplama kabeli, USB-C-dən USB-A-aya portları olan keçidi və SIM-kart qabını çıxarmaq üçün istifadə edilən sancaq var.