14:35 - 23.04.2024
23 aprel, Fineko/abc.az. Siqaret istehsalçılarının reyestrinin yaradılması barədə layihə ilk oxunuşdan keçib.
ABC.AZ xəbər verir ki, bu, “Tütün və tütün məmulatı haqqında” qanunda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, sahibkarlıq subyektlərinin tütün məmulatının idxalı və istehsalını həyata keçirməsi üçün qeydiyyatı və qeydiyyatının yenidən rəsmiləşdirilməsi ilə bağlı icraat “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq həyata keçirilir.
Tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həmin subyektlərin müraciəti əsasında qeydiyyata alınır.
Qeydiyyata alınmış sahibkarlıq subyektləri Reyestrə daxil edilir və həmin subyektlərə Reyestrdən elektron və ya kağız daşıyıcıda çıxarış verilir.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026