10:46 - 16.04.2024
16 aprel, Fineko/abc.az. Rusiya-Ukrayna müharibəsi fonunda şimal qonşumuza qarşı sanksiyalar davam edir.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, daha bir ölkə Rusiyanın aktivlərini bloklayıb. Belə ki, bloklanan aktivlərin məbləği təxminən 3,9 milyard avro qiymətləndirilir.
Bu barədə Almaniya Maliyyə Nazirliyinin statistik məlumatında yer alıb.
Məlumata görə, bu məbləğə təkcə Mərkəzi Bankın aktivləri deyil, həm də sanksiya siyahılarına daxil edilmiş Rusiyadan olan fiziki və hüquqi şəxslərin kapitalı daxildir.
Bundan başqa, 2024-cü ilin yanvarından Almaniyada bloklanan aktivlərin həcmi təxminən 200 milyon avro azalıb. Maliyyə Nazirliyi bunun bazardakı dalğalanmalarla bağlı olduğunu qeyd edib.
Müəllif: Elmir Murad
3 Avqust 2026