17:21 - 8.04.2024
8 aprel, Fineko/abc.az. Çin texnologiya nəhəngi Huawei, Amerika sanksiyaları şəraitində, qabaqcıl texnologiya ilə yeni bir prosessorun inkişafını və buraxılmasını sürətləndirib.
ABC.AZ xəbər verir ki, məlumata görə, söhbət 5 nanometrlik çipdən gedir. Bu Kirin 9000s prosessorunun yeni versiyası (Huawei Mate 60 Pro smartfonunda istifadə olunur) – Kirin 9010 hesab olunur.
Qeyd olunur ki, çip ÇXR-in Şanxayda ən böyük çip istehsalçısı olan SMIC—da istehsal olunacaq. İlk məhsul nümunələri bu il əldə ediləcək.
Çip Huawei bölməsi HiSilicon tərəfindən hazırlanmışdır. Yeniliyin Premium Huawei smartfonlarının yeni versiyalarında istifadəsi planlaşdırılır.
12 Avqust 2026
13 Avqust 2026
12 Avqust 2026