Yaponiya Rusiyaya qazma platformaları da daxil olmaqla 164 məhsulun ixracını qadağan edir

10:39 - 5.04.2024


5 aprel, Fineko/abc.az. Yaponiya Ukraynadakı vəziyyətlə bağlı Rusiyaya qarşı sanksiyalar çərçivəsində əlavə 164 kateqoriyalı malların ixracına qadağa qoyur.

ABC.AZ xəbər verir ki, bu barədə Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye Nazirliyinin məlumatında deyilir.

Xüsusilə, qadağa avtomobil mühərrikləri ümün yağlar, litium-ion və nikel-metal hidrid batareyaları, qaz və neft boru kəmərləri üçün borular, nitroselüloz, üzən kranlar və doklar, üzən və sualtı qazma və hasilat platformaları, yaxtalar, istirahət və idman gəmiləri, kayaklar, kanolar, yanğınsöndürmə katerlərinin tədarükünə aiddir.

Məhdudiyyətlər aprelin 17-də qüvvəyə minir. Rusiya tərəfi dəfələrlə sanksiyaları qeyri-legitim və səmərəsiz adlandırıb.