Bu şəxslərə taksi idarə etməyə icazə verilməyəcək - AYNA

16:16 - 4.04.2024


4 aprel, Fineko/abc.az. Bəzi sürücülərin taksi fəaliyyətinə icazə verilməyəcək. 

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən ABC.AZ-a daxil olan məlumata görə, etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlığın keçməsini təsdiq edən sənədi olmayan sürücülər buraxılış vəsiqəsi və buraxılış kartının alınması üçün müraciət edə bilməyəcək:

“Nəticədə həmin sürücülərin taksi fəaliyyətinə də icazə verilməyəcək”, – deyə açıqlamada qeyd olunub.