12:07 - 4.04.2024
4 aprel, Fineko/abc.az. 2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 12,2 min ton qida duzu istehsal edilib.
ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 0,2 min ton və ya 1,2% azalıb.
Ötən ilin yanvar-fevral aylarında 12,4 min ton qida duzu istehsal edilmişdi.
2024-cü ilin mart ayının 1-nə hazır məhsul ehtiyatı 2,1 min ton təşkil edib.
Bu 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,2 min ton və ya 36,4% azdır.
2023-cü ilin mart ayının 1-nə hazır məhsul ehtiyatı 3,3 min ton təşkil edib.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026