11:20 - 4.04.2024
4 aprel, Fineko/abc.az. 2024-cü ilin birinci rübündə Türkiyənin ixracı rekord həddə çatıb. Təkcə mart ayında 22,578 milyon dollar təşkil edib.
ABC.AZ xəbər verir ki, bu barədə Türkiyə Respublikasının ticarət naziri Ömər Bolat bildirib.
"Birinci rübdə ixrac üzrə tarixi rekordu qırdıq. Mart ayında ixracımız 22,578 milyon dollar təşkil etdi", — deyə o qeyd edib.
Türkiyənin mart ayında idxal göstəriciləri 30,95 milyard dollar, xarici ticarət kəsiri isə 7,72 milyard dollar təşkil edib.
“Dünya” biznes qəzeti qeyd yazır ki, mart ayında Türkiyə ixracatı əvvəlki ilə nisbətən 4,1%, idxal isə 5,7% azalıb.
12 Avqust 2026